Azərbaycanda 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur
29.01.2026 [13:49]
Xəbərin mətni
Azərbaycanda təqribən 400-500 min ətrafında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur. AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.