Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ”ın legioneri: Göstərdiyimiz mübarizə sübut etdi ki, heç bir rəqibdən çəkinmirik

29.01.2026 [14:37]

Xəbərin mətni

Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldiyimiz üçün çox xoşbəxtik. İşimiz çətindir. Çünki bu mərhələdə asan rəqib yoxdur. Yaxşı nəticə üçün çox çalışmaq lazım olacaq. Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Emmanuel Addai deyib.