AZƏRTAC-ın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
26.02.2026 [12:33]
Xəbərin mətni
Fevralın 26-da Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıb.