Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: “İdman haqqında” yeni qanun layihəsi hazırlanır

04.03.2026 [17:08]

Xəbərin mətni

Son illər idman sahəsində geniş islahatlar aparılır. Gənclər və İdman Nazirliyində, eləcə də bütün sahələrdə və federasiyalarda mühüm yeniliklər həyata keçirilir. Hazırda Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən “İdman haqqında” yeni qanun layihəsi hazırlanır. Bunu Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyev Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.