Peşə Təhsil Mərkəzinin direktoru: 17 ixtisas üzrə tələbələr əmək yarmarkasında təmsil olunurlar
08.04.2026 [13:24]
Xəbərin mətni
Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində əmək yarmarkaları 4-cü ildir keçirilir. Bugünkü yarmarkada mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunurlar. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru Şaban Carçıyev deyib.