Nigar İsmayılzadə: Əmək yarmarkasında 400-dən çox tələbə və məzun iştirak edir
08.04.2026 [13:29]
Xəbərin mətni
Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə əmək yarmarkası təşkil edilib. Bu əmək yarmarkası daha çox peşə təhsil müəsisələrinin tələbə və məzunlarına yönəlib. Əmək yarmarkasında 400-dən çox tələbə və məzun iştirak edir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunukasiya şöbəsinin müdürü Nigar İsmayılzadə deyib.