Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir

10.04.2026 [11:11]

Xəbərin mətni

Texnologiyalar insanın fərdiliyini zəiflədir. Dövlət İmtahan Mərkəzində biz bunun əksini sübut etməyə çalışırıq. Texnologiyalar şəffaflığı və imkanların bərabərliyini qoruyur. Bizim “Bunker”, onlayn proktorinq (nəzarət) sistemləri, tapşırıqların generasiyası və qiymətləndirilməsi alqoritmləri prosesin obyektivliyini təmin edən alətlərdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

 

Müxbir - Aytac Babayeva 

Videooperator - Namiq Abdullayev 

Montaj - Hüseyn Ramazanov

BÖLMƏNİN DİGƏR VİDEOLARI