Elm və təhsil naziri: İmtahanda suallar çətin və ya asan olsa da, hər kəs üçün eynidir
10.04.2026 [11:54]
Xəbərin mətni
İmtahanlar nə qədər çətin olursa da, ali təhsil müəssisəsinə hər zaman eyni sayda tələbə qəbul olur. Suallar çətin və ya asan olduqda hər kəs üçün eynidir. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Müxbir - Aytac Babayeva
Videooperator - Namiq Abdullayev
Montaj - Hüseyn Ramazanov