Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alixan Baimenov: DİM-in təcrübəsi regionda və onun hüdudlarından kənarda əhəmiyyətli təsir göstərib

10.04.2026 [14:03]

Xəbərin mətni

Dövlət İmtahan Mərkəzinin təcrübəsi regionumuzda və onun hüdudlarından kənarda daim əhəmiyyətli təsir göstərib. Sizin təcrübəniz güclü maraq doğurur və Astana Dövlət Qulluğu üzrə Regional Xabına üzv ölkələr tərəfindən öyrənilir. Astana regional xabı qarşılıqlı öyrənmə və zənginləşmə prosesini dəstəkləmək və asanlaşdırmaq üçün öz platformasını təqdim etməkdən hər zaman məmnundur. Bu fikirləri qurumun sədri Alixan Baimenov Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI