Bakıda “Baharın rəngləri” adlı sərgi açılıb
20.04.2026 [16:49]
Xəbərin mətni
Xətai Sənət Mərkəzində “Baharın rəngləri” adlı sərgi açılıb. Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi, dəstəkçiləri isə Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir.