Rektor: Gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası BDU-nun prioritet istiqamətlərindəndir
06.05.2026 [12:38]
Müasir dünya dərin transformasiya dövründən keçir. Qlobal iqtisadi dəyişikliklər, rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik həyata təsiri, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və geosiyasi proseslər beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Belə bir şəraitdə elm və təhsil müəssisələrinin məsuliyyəti daha da artmaqdadır. Çünki davamlı inkişafın əsasını məhz bilik, innovasiya və insan kapitalı təşkil edir. Bu baxımdan konfransın mövzusu olduqca aktual və strateji əhəmiyyət daşıyır. Bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.