Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: SPECA İqlim Ağıllı Şəhərlər Forumu daha güclü regional əməkdaşlığı təşviq edir

20.05.2026 [15:35]

Xəbərin mətni

SPECA İqlim Ağıllı Şəhərlər Forumu şəhərlərimizin qarşısında duran çağırışların daha güclü regional əməkdaşlıq, praktiki tərəfdaşlıq, yerli və milli hakimiyyət orqanları arasında davamlı dialoq tələb etdiyinə dair ümumi anlayışı əks etdirir. Bu gün eyni prinsip bizim şəhər gündəmimizə rəhbərlik edir. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.