Vahid Hacıyev: Azad olunmuş ərazilərdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun, böhranlara davamlı yaşayış məntəqələri salınır
20.05.2026 [17:20]
Xəbərin mətni
Azərbaycanın təcrübəsi göstərir ki, münaqişədən sonrakı yenidənqurma işləri təkcə infrastrukturun bərpasından ibarət deyil. Bu, insanların ləyaqətlə və əminliklə geri dönə biləcəyi təhlükəsiz, dayanıqlı və iqtisadi cəhətdən səmərəli icmaların yaradılması deməkdir. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycanda ağıllı və davamlı şəhər layihələri" tədbirində çıxışı zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.