Azərbaycan Dövlət İnformasiya Agentliyi

Brayan Nqiqi Mutoni: WUF13 kimi platformalar gənclərin qlobal şəhər siyasətinə töhfəsi üçün imkanlar yaradır

20.05.2026 [18:37]

Xəbərin mətni

Qlobal Cənubdan olan gənclər kimi biz tarixən yaşanmış ədalətsizliklərin yaddaşını və daha ədalətli gələcək vizyonunu daşıyırıq. Biz işsizlik, məcburi köç, bərabərsizlik və iqlim risklərinin reallıqlarını yaxşı anlayırıq. Amma, eyni zamanda, yaradıcılıq, dayanıqlılıq, innovasiya və ümid də daşıyırıq. Bu sözləri Qlobal Cənub Gənclər Platformasının Keniyadan olan üzvü Brayan Nqiqi Mutoni “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.