Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

02.06.2026 [16:53]

Xəbərin mətni

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcəyi xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.