Professor Mahirə Hüseynova: İnanırıq ki, "Qərbi Azərbaycana qayıdış" ideyası öz real nəticələrini verəcək
18.06.2026 [13:38]
Xəbərin mətni
Bu gün Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III festival-konqres keçirilir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən bu mötəbər tədbir öz mahiyyəti və verəcəyi mesajlarla xüsusi əhəmiyyət daşıyır. Buraya toplaşan insanların coşqusu, simalarındakı sevinc və qətiyyət bir həqiqəti ifadə edir: biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. İrəvanda, Göyçədə, Dərələyəzdə və tarixi yurdlarımızın hər birində belə elmi və mədəni tədbirlərin keçiriləcəyi gün uzaqda deyil. Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova deyib.