Nazir müavini: Pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək
23.06.2026 [15:05]
Xəbərin mətni
2026-2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və rəqabətqabiliyyətli istehsal modelinə keçidə xidmət edir. Bu sözləri Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.