Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xidmət sədri: Mil-Muğan ölkənin əsas pambıqçılıq regionlarından biridir

23.06.2026 [18:09]

Xəbərin mətni

Mil-Muğan iqtisadi rayonu ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malik olan regiondur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.