Zakir Quliyev: Mil-Muğan iqtisadi rayonunda 77,5 min kənd təsərrüfatı istehsalçısı su ilə təmin olunur
23.06.2026 [18:20]
Xəbərin mətni
Mil-Muğan iqtisadi rayonunda kənd təsərrüfatı istehsalçılarının dayanıqlı su təminatı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.