Keçmiş məcburi köçkün: Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı
25.06.2026 [10:13]
Xəbərin mətni
1992-ci ildə erməni işğalı nəticəsində Şuşanı tərk etməyə məcbur olduq. Həmin vaxt uşaqlarım çox balaca idi. Dörd övladım var idi, kiçik oğlumun isə cəmi bir yaşı vardı. Bu günə çatdığımız üçün Allaha şükür edirəm. Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Səyarə Xanəliyeva deyib.