Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hacı Salman Musayev: Aşura günü keçirilən qanvermə aksiyası ölkəmizdə humanitar ənənəyə çevrilib

25.06.2026 [14:50]

Xəbərin mətni

Qafqaz Müsəlmanları İdarəsi hər il Səhiyyə Nazirliyi və Respublika Qan Bankı ilə birgə Aşura günü münasibətilə qanvermə aksiyası təşkil edir. Hazırkı vaxta qədər təkcə Təzəpir məscidində keçirilən aksiyada 550-dən çox vətəndaş iştirak edib. Aksiya günün sonunadək davam edəcək və toplanan bütün qan ehtiyacı olan xəstələrin müalicəsi üçün Respublika Qan Bankına təhvil veriləcək. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Salman Musayev jurnalistlərə açıqlamasında deyib.