FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
27.06.2026 [13:16]
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı, bəzi həssas yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib və müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb: “İntensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.