Prezidentin orden verdiyi şəhidin atası: Vətən uğrunda canını fəda edən oğul mənim üçün ölməyib
27.06.2026 [15:32]
Xəbərin mətni
Ölkə başçısının imzaladığı növbəti Sərəncam Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə göstərilən yüksək dövlət ehtiramının təzahürü oldu. Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və mərdlik göstərərək hərbi hissələr qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirərkən şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki şəxs ölümündən sonra yüksək dövlət təltifinə layiq görülüb.