Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICMP-nin baş direktoru: İndi ailələr itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə bilərlər

30.06.2026 [14:26]

Xəbərin mətni

İnteqrasiya Olunmuş Məlumat Bazalarının İdarə Edilməsi Sistemi Azərbaycana, ilk növbədə, illər ərzində apardığı sahə işlərindən topladığı bütün məlumatları yükləməyə imkan verir. Bu sistem Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və prosesdə iştirak edən qurumların hər birinə – sahə işlərindən morqa qədər, sahədə çalışan antropoloqlar və arxeoloqlardan genetiklərə, məhkəmə-tibbi ekspertiza institutuna qədər – öz məlumatlarını yükləməyə imkan verməklə artıq məlumatların mərkəzləşdirilməsinə şərait yaradacaq. Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib.