Xocalı sakini: Otuz ildən sonra doğma torpağımızın təmiz havasını udmaq ömrümün ən gözəl mükafatıdır
03.07.2026 [20:12]
Xəbərin mətni
Bəzən bir insanın ən böyük arzusu nə var-dövlət, nə də şöhrət olur. İnsan üçün ən ülvi, ən əlçatmaz istək doğulduğu torpağa qayıdıb, öz evində, öz ocağında yaşamaq, ömrünün qalan hissəsini ata-baba yurdunda tamamlamaqdır. Bu gün dövlətimizin qüdrəti sayəsində həmin müqəddəs arzunu gerçəyə çevirən minlərlə soydaşımızdan biri də Xocalı rayon sakini Şirinov Hikmət Rasim oğludur.