Cəbrayılda yeni həyat, yeni ümidlər: Bir ailənin qayıdış hekayəsi
11.07.2026 [17:25]
Xəbərin mətni
İşğaldan azad olunan Cəbrayıl bu gün sürətlə yenidən qurulur. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti işləri nəticəsində şəhərdə müasir yaşayış binaları, məktəblər, inzibati binalar, mühəndis-kommunikasiya infrastrukturu yaradılıb, insanların rahat yaşayışı və fəaliyyəti üçün hərtərəfli şərait formalaşdırılıb. "Böyük Qayıdış" proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma şəhərə qayıdaraq yeni həyata başlayıb. AZƏRTAC-ın bölgə müxbiri bu ailələrdən birinin –Qasımlılar ailəsinin qonağı olub, onların sevinc hisslərini bölüşüb.