Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuz döyüşlərindən şanlı Zəfərədək - Ağdam kəndindən REPORTAJ

13.07.2026 [17:16]

Xəbərin mətni

Altı il əvvəl Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə nəticələndi. Tarixə “Tovuz döyüşləri” kimi düşən həmin hadisələr təkcə cəbhə xəttində deyil, sərhəd kəndlərində yaşayan insanların həyatında da dərin iz buraxdı. Ağdam kəndində o günlərin xatirələri bu gün də ilk günkü kimi yaşayır.