Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərdə helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anılıb

14.07.2026 [16:14]

Xəbərin mətni

1989-cu il iyulun 14-də Kəlbəcər şəhərində baş vermiş faciə rayonun yaddaşında silinməz iz buraxan ağır hadisələrdən biridir. Həmin gün Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə helikopterin rotor pərləri stadionun yaxınlığında olan uşaqlara dəyib və səkkiz azyaşlı faciəvi şəkildə həlak olub. Hadisə Kəlbəcərin ən ağrılı səhifələrindən biri kimi tarixə düşüb.