Gündüz İsmayılov: Dini sabitliyin qorunmasında media ilə sıx əməkdaşlıq zəruridir
16.07.2026 [18:22]
Xəbərin mətni
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Milli Mətbuat Günü ərəfəsində media nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil edir və bu, artıq ənənə halını alıb. Bu gün media nümayəndələri ilə birlikdə Qusarda müzakirə edəcəyimiz əsas mövzu dini sabitliyin qorunmasında birgə məsuliyyətə həsr olunub. Başqa sözlə, bu gün din mövzusu, xüsusilə rəqəmsal mühitdə ən aktual mövzulardan biridir. Buna görə də sabitliyin qorunması baxımından media ilə dini qurumların, o cümlədən dini icmaların və din xadimlərinin sıx əməkdaşlığı, birgə fəaliyyəti zəruridir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.