DİN: Süni intellekt proqramlarından istifadə etməklə qadınları şantaj edən şəxslər saxlanılıb
16.07.2026 [18:29]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə qadınların sosial şəbəkələrdəki fotolarını hədəf alan kibercinayətkarlarla bağlı müraciətlər daxil olub. Məlumata görə, naməlum şəxslər zərərçəkmişlərin şəkillərini süni intellekt proqramları vasitəsilə manipulyasiya edərək üzərinə nalayiq ifadələr yazıb və müxtəlif sosial platformalarda yayıblar. Şübhəli şəxslər daha sonra həmin görüntülərin silinməsi müqabilində qadınlardan hədə-qorxu ilə pul tələb ediblər.