Vüqar Süleymanov: ANAMA süni intellektin minatəmizləmə sahəsində tətbiqi ilə bağlı araşdırmalar aparır
17.07.2026 [13:14]
Xəbərin mətni
Dünyada baş verən texnoloji irəliləyişlər artıq gündəlik həyatımızda da özünü göstərir. Süni intellektdən müxtəlif sahələrdə geniş istifadə olunur. ANAMA da bu proseslərdən geri qalmır. Yeni avadanlıqların tətbiqi və süni intellektin bu sahədə istifadəsi ilə bağlı araşdırmalar aparırıq. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.