Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan mina problemi sahəsində gördüyü işlərlə bağlı beynəlxalq konfrans keçirməyi planlaşdırır

17.07.2026 [13:16]

Xəbərin mətni

ANAMA Azərbaycanın mina problemi sahəsində gördüyü işlər ilə bağlı cari ilin sentyabrında beynəlxalq konfrans keçirməyi planlaşdırır. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.