Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Qazaxıstan arasında arxeologiya sahəsində elmi əməkdaşlıq genişlənir - beynəlxalq onlayn seminar

17.07.2026 [17:22]

Xəbərin mətni

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının "Xan Ordalı Sarayşık" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə “Mədəni irsin qorunması və arxeologiya: elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilib.