Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada çay plantasiyalarında üçüncü məhsul yığımı aparılır

21.07.2026 [14:39]

Xəbərin mətni

Zaqatala rayonunun kənd təsərrüfatında ənənəvi və köklü sahələrdən biri çayçılıqdır. Keçən əsrin 70–80-ci illərində rayon ərazisində 90 hektar məhsuldar çay plantasiyası var idi. Həmin illərdə plantasiyalardan hər il 200 tondan artıq yaşıl çay yarpağı tədarük edilir, 60–65 ton yüksəkkeyfiyyətli qara çay emal olunaraq Bakı və Lənkəran şəhərlərindəki çayçəkici fabriklərə göndərilirdi. Lakin sonrakı dövrlərdə müəyyən səbəblərdən çay istehsalı kəskin şəkildə azalmağa başladı.