Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir

24.08.2026 [19:27]

Xəbərin mətni

Klubumuz artıq üçüncü ildir ki, burada iştirak edir. Bizi burada hər zaman böyük sevinclə qarşılayırlar və biz də Azərbaycanda olmaqdan məmnunuq. Hər şey yüksək səviyyədə təşkil olunur. Bu turnirdə iştirak etdiyimiz üçün çox şadıq. Bu sözləri müsahibəsində Qubada keçirilən III “Ulduz Cup” beynəlxalq turnirində Özbəkistanı təmsil edən “Bunyodkor” komandasının məşqçisi Firdovsi Kinjayev söyləyib.