Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik

05.09.2026 [13:35]

Xəbərin mətni

Bu gün bizim üçün növbəti idman bayramıdır. Çünki “IRONMAN” ilk dəfə olaraq Bakıdadır. Bu yarışı, bu tədbiri çoxdan gözləyirdik və nəhayət, bu gün start verildi. AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı barədə jurnalistlərə açıqlamasında deyib.