Azərbaycan Dövlət İnformasiya Agentliyi

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər

14.09.2026 [10:27]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmağın əsl qardaşlıq nümunələrini nümayiş etdirirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində türk dövlətləri bizə yardımlarını əsirgəmədilər. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri şurasının 7-ci görüşündə çıxışı zamanı deyib.