“Corriere dello Sport”un baş redaktoru: “Sabah”ın Avropadakı uğuru ölkədə idmana göstərilən diqqətin nəticəsidir – EKSKLÜZİV
16.09.2026 [12:45]
Xəbərin mətni
UEFA Çempionlar Liqasında İtaliyanın “Napoli” komandası ilə üz-üzə gələcək Azərbaycan çempionu “Sabah”ın bu tarixi qarşılaşması və ölkə futbolunun son illərdəki inkişaf dinamikası beynəlxalq idman mətbuatının da diqqət mərkəzindədir. Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlanmasında İtaliyanın aparıcı idman qəzetlərindən olan “Corriere dello Sport”un baş redaktoru İvan Zazzaroni deyib.