Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq
04.09.2026 [15:48]
Xəbərin mətni
Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək "Elite Polo” komandasının çaparı Tərlan Qurbanəliyev açıq məşq zamanı jurnalistlərə müsahibə verib. Binə Atçılıq və İstirahət Mərkəzində təşkil edilən hazırlıq prosesində idmançı ilk növbədə yaradılan şəraitə görə minnətdarlığını bildirib.