Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz

16.09.2026 [16:16]

Xəbərin mətni

Ermənistan cəmiyyətində müəyyən siyasi dairələrin, revanşist qüvvələrin, hətta hakimiyyət nümayəndələrinin səsləndirdikləri fikirlər təəssüf ki, sülh prosesinə kölgə salır. Son günlərdə Ermənistan daxilində revanşist qüvvələr, eyni zamanda, hakimiyyətə bağlı dairələr tərəfindən Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri olduqca sərt qarşılanıb və ölkəmizə qarşı qarayaxma kampaniyasına başlanılıb. Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Mətin Məmmədli AZƏRTAC-a açıqlamasında bildirib ki, bu addımlar heç bir halda sülhə xidmət etmir. Həmin ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarıdır və bu, Ermənistan hökuməti tərəfindən də bəyan olunub. Azərbaycanın öz ərazilərində tədbirlər keçirməsinə, səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz.

BÖLMƏNİN DİGƏR VİDEOLARI