Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb

16.09.2026 [18:17]

Xəbərin mətni

Diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri görünür ki, Ermənistanda da müəyyən dairələrin diqqətini cəlb edib. Bu səfərlə bağlı Ermənistan daxilində aparılan kampaniyada ifadə edilən fikirlər də, əks olunan narahatlıqlar da bunun təsdiqidir. Bu, bizim üçün gözlənilməz deyil. Uzun illər torpaqlarımız ermənilər tərəfindən işğal altında saxlanılıb və həmin ərazilərdə vandalizm aktları həyata keçirilib. Maddi-mədəni, dini abidələrimiz dağıdılıb, tarixin saxtalaşdırılmasına cəhdlər göstərilib. Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI