Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur

05.10.2026 [17:07]

Xəbərin mətni

Prezidentin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycan rəhbərliyinin daxili və xarici siyasətə yanaşmalarını əks etdirən proqram sənədidir. Dövlət başçısı güclü olmağın vacibliyindən danışarkən, güc anlayışı ilə bağlı məsələlərin bütün kompleksinə toxunur. Bu, ilk növbədə, təhlükəsizlik aspektinə aiddir. Güc komponenti həmişə gücün proyeksiyası və ya göstərilməsinin əsasıdır. Digər tərəfdən, iqtisadi cəhətdən güclü olmaq vacibdir və ölkənin özündə sağlam sosial-siyasi mühit olmalıdır. Bütün bunlar birlikdə ölkəni güclü hala gətirir və onu qüdrətli aktor kimi xarakterizə edir. Bu fikirləri AZƏRTAC-a şərhində politoloq İlqar Vəlizadə ifadə edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI