Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir
07.10.2026 [12:32]
Xəbərin mətni
Müasir dövrdə müəllimin əsas vəzifələrindən biri şagirdə yalnız bilik vermək deyil, həm də öyrənməyi öyrətməkdir. Uşaq məlumatı necə axtarmağı, araşdırmağı və qarşısına çıxan suallara necə yanaşmağı bildikdə, müəllimin diqqətindən kənarda qalan məsələləri də müstəqil şəkildə öyrənə bilir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Gülnarə Məmmədova deyib.