Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14.10.2026 [13:46]

Xəbərin mətni

İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə Beynəlxalq Konfrans 20 illik yubileyini qeyd edərək akademik dairələri, sənaye nümayəndələrini və cəmiyyəti bir araya gətirən iki onillik nailiyyətlər və böyük təsir dövrünü geridə qoyur. Bu sözləri ADA Universitetində keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun professoru Abzetdin Adamov deyib.