Rasim Əliquliyev: Gəncləri kiber-manipulyasiyadan qorumaq prioritet vəzifədir
14.10.2026 [14:57]
Kibercinayətkarlığın bir istiqaməti də ölkəmizin ideologiyasına təsir göstərmək, insanların beynini yumaq, xüsusilə gənclərin tərbiyəsinə və dünyagörüşünə təsir etməkdir. Belə risklər mövcuddur və bu, kibertəhlükəsizliyin qarşısında duran əsas məsələlərdən biridir. Söhbət təkcə hansısa kompüterdə faylın dağıdılmasından getmir. Eyni zamanda, bu imkanlardan, xüsusilə süni intellekt texnologiyalarından istifadə etməklə ölkəmizin formalaşmış ideologiyasına, siyasətinə və Azərbaycan reallıqlarına ziyan vurmağa çalışırlar. Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.