Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

14.10.2026 [15:15]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə gənclərin könüllü fəaliyyətə cəlb olunması, onların sosial fəallığının artırılması və şəxsi inkişafının dəstəklənməsi istiqamətində layihələr həyata keçirilir. Bu sözləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.