Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir

14.10.2026 [15:20]

Xəbərin mətni

Azərbaycanda süni intellekt sahəsində dövlət siyasətinin həyata keçirilməsi, milli süni intellekt modellərinin yaradılması və rəqəmsal suverenliyin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev süni intellekt texnologiyalarının inkişafı və tətbiqi ilə bağlı açıqlamasında bildirib.