Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq
14.10.2026 [15:22]
Xəbərin mətni
Bu il Laçın və Zəngilan rayonlarında “Səyyar Gənclər Xidməti” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu sözləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.