Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

14.10.2026 [15:39]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Hələlik ərazinin müəyyən hissəsinin minadan təmizlənməsi prosesi gedir, lakin bu gün Qarabağda həyata keçirilən layihələr təkcə bu günümüzə deyil, gələcəyimizə də çox ciddi təsir göstərir. Bu sözləri Milli Məclisin deputatı Şahin Seyidzadə Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.