Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

15.10.2026 [13:10]

Xəbərin mətni

Aqrar Süni İntellekt layihəsinin fermerlər üçün praktik əhəmiyyət daşıyan əsas istiqamətlərindən biri bitki sağlamlığı proqramıdır. Bu proqram çərçivəsində xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması, eləcə də dərmanlama üçün əlverişli vaxtın müəyyənləşdirilməsi həlləri artıq istifadəyə verilib. Bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.